SƏNAYE

28 Mart

Yunanıstan-Bolqarıstan interkonnektoru TAP-a qoşulub

Yunanıstan-Bolqarıstan interkonnektoru (Interconnector Greece – Bulgaria, IGB) Azərbaycandan Bolqarıstana təbii qazın nəql ediləcəyi Trans-Adriatik Qaz Boru Kəmərinə (TAP) qoşulub. 

"Fins.az" xəbər verir ki,IGB işə salındıqdan sonra bu qoşulma Bolqarıstanı əvvəlcə ildə 1 milyard kubmetr qazla təmin edəcək, sonrakı mərhələdə isə bu həcm ildə 3 milyard kubmetrə qədər artacaq.

İnterkonnektorun 2022-ci ilin iyulunda işə salınması planlaşdırılır və bu, Bolqarıstana təkcə Azərbaycan qazını almağa deyil, həm də Rusiya qazından imtina etməyə imkan verəcək.