SƏNAYE

24 Mart

Pakistan axını

Rusiya “Pakistan axını” layihəsi müqaviləsini imzalamağı planlaşdırır

Fins.az-ın əldə etdiyi məlumata görə Rusiyanın energetika naziri Nikolay Şulqinov bildirib ki, Rusiya yaxın vaxtlarda “Pakistan axını” qaz kəməri layihəsinin həyata keçirilməsi üçün səhmdar sazişinin imzalanmasına ümid edir.

"İki ölkə arasında enerji sektorunda əməkdaşlığın əsas layihəsi "Pakistan axını"dır. Rusiya tərəfi Pakistan hökuməti tərəfindən layihəyə yardım haqqında sazişin və yaxın gələcəkdə səhmdarlar sazişinin imzalanmasına ümid edir". Bu açıqlama ilə Energetika Nazirliyinin rəhbəri Şulqinov çıxış edib.

Şulqinov Pakistan səfiri Şəfqət Əli Xan ilə enerji əməkdaşlığını müzakirə edib. Görüş zamanı tərəflər neft-qaz sahəsində əməkdaşlığın perspektivlərini nəzərdən keçirib, həmçinin ticarət-iqtisadi, elmi və texniki əməkdaşlıq üzrə Rusiya-Pakistan Hökumətlərarası Komissiyası vasitəsilə əməkdaşlığı davam etdirmək barədə razılığa gəliblər.

Əvvəllər “Şimal-Cənub” adlanan “Pakistan axını” qaz kəməri Pakistanın cənubundakı Kəraçi və Qvadar limanlarında mayeləşdirilmiş təbii qazın (LNG) qəbulu üçün infrastrukturu ölkənin şimalında Kasur rayonunda (Pəncab) elektrik stansiyaları və sənaye qazı istehlakçıları ilə əlaqələndirməlidir. Layihəyə görə, kəmərin uzunluğu 1,1 min kilometrdən çox, gücünün isə ildə 12,3 milyard kubmetrə qədər olacağı gözlənilirdi, lakin Rusiyanın energetika naziri Nikolay Şulqinovun bəyan edib ki, kəmərin gücün daha çox - 16 milyard kubmetr olacaq. Pakistanın Moskvadakı səfirliyindən bildirilib ki, ölkələr arasında “Pakistan axını” qaz kəmərinin tikintisi üzrə xüsusi şirkətin nizamnamə sənədlərinin imzalanması 2021-ci il yanvarın 31-dək planlaşdırılırdı.