Prezidenti Vladimir Putin göstəriş verib ki, Rusiya dost olmayan ölkələrə qaz tədarükü üçün ödənişləri rubla çevirsin
Fins.az bildirir ki, Avropada qazın qiyməti martın 11-dən bəri ilk dəfə olaraq hər min kubmetr üçün 1500 dolları keçib. Londonun ICE birjasının məlumatına görə, Vladimir Putinin Rusiya qazı üçün ödənişlərin rubla köçürülməsi əmrindən sonra Avropada qazın qiyməti martın 11-dən bəri ilk dəfə olaraq hər min kubmetr üçün 1500 dollardan yuxarı qalxaraq, demək olar ki, 34% bahalaşıb.
Prezident Vladimir Putin çərşənbə günü hökumət üzvləri ilə keçirdiyi müşavirədə deyib: “Bizim mallarımızı Avropa İttifaqına, ABŞ-a göndərməyimiz və ödənişi dollar, avro və ya hansısa digər valyutalarda qəbul etməyimizin mənası yoxdur. Ona görə də mən ən qısa müddətdə ödənişlərin köçürülməsi üçün tədbirlər kompleksini həyata keçirməyə qərar verdim - gəlin buradan başlayaq, təbii qazımızdan - dost olmayan ölkələrə verilən təbii qazımıza görə ödənişləri Rusiya rubluna keççrək. Yəni, belə hesablamalarda etibarını itirmiş bütün valyutalardan istifadədən imtina etmək”.
Dövlət başçısı müqavilələrdə nəzərdə tutulan həcm və qiymətlərə uyğun olaraq tədarüklərin davam etdiriləcəyini də vurğulayıb. Müvafiq göstərişin “Qazprom”a göndərilməsi tapşırılıb.
Beləliklə, hökumətin müvafiq qurumlarına göstəriş verilib ki, ən qısa zamanda Rusiya dost olmayan ölkələrə qaz nəqli üçün ödənişləri rubluna çevirsin. Mərkəzi Bank və hökumət bir həftə ərzində qaz alıcılarının rubl alışı üzrə əməliyyatların prosedurunu müəyyən edəcək. Eyni zamanda, Rusiya əvvəlki müqavilələrdə müəyyən edilmiş həcmdə və qiymətlərlə tədarükləri davam etdirəcək.
Avropanın ən böyük xabı olan TTF indeksi üzrə aprel fyuçerslərinin ticarət sessiyasını 1100 dollardan bir qədər yuxarı səviyyədə açıb – hələ ki, bu, ticarətin minimum qiymətidir. İlk saatlardan başlayaraq kotirovkalar durmadan artdı və Putinin bəyanatından sonra isə artım tempi kəskin şəkildə sürətlənib. Günün ikinci yarısınadk yüksək qiymət 1504,2 dollar təşkil edib ki, bu da çərşənbə axşamı 1123,1 dollar olan hesablaşma qiymətindən 33,9% çoxdur. Bunun fonunda Rusiya valyutasının məzənnəsi də artmağa başlayıb, dollar 100 rubldan da aşağı düşüb.