SƏNAYE

18 Mart

Azərbaycan neft ixracını 13,9% azaldıb

2022-ci ilin yanvar-fevral aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən 4 milyon 900 min 369,59 ton neft ixrac edib ki, bu da 2021-ci ilin yanvar-fevral aylarının göstəricisindən 13,9% azdır.

Bu barədə "Fins.az"-a Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.

Məlumata görə hesabat dövründə Azərbaycandan $2 milyard 943 milyon 901,18 min dəyərində (artım 44%) neft ixrac edilib.

Yanvar-fevralda ixracın ümumi strukturunda neftin payı 49,33% təşkil edib.

Yanvar-fevralda 17 ölkə Azərbaycan neftinin alıcısı olub. İtaliya, ənənəvi olaraq, Azərbaycan neftinin əsas alıcısı olaraq qalıb. Yanvar-fevral ayları ərzində neft ixracının 43,3%-i bu ölkənin payına düşüb.

 

Alıcıların ilk üçlüyünə İtaliya ilə yanaşı, İsrail və Ukrayna da daxil olub.

 

Bütövlükdə, Azərbaycan nefti əsasən Avropa ölkələrinə ixrac edilsə də, Tailand, Tunis, Türkiyə daimi alıcılar olaraq qalır. Fevralda alıcılar siyahısında Çin, Vyetnam, Xorvatiya, Fransa, Kanada, İndoneziya, və bir sıra digər ölkələr yer almayıb.