15 may 2022 -ci il saat 10.00-da, “Bakı Elektrik Quraşdırma-2” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcəkdir.
"Fins.az" xəbər verir ki, iclasın gündəliyinə səhmdar cəmiyyətin 2021-ci il fəaliyyətinin yekunlarına aid idarə heyətinin hesabatı və müəssisənin balansının təsdiqi və digər məsələlərin müzakirəsi daxil edilib.
Yığıncaqda bütün səhmdarların iştirakı vacibdir.
Əlaqə telefonu-050 -327-20-02.
Ünvan- Bakı şəhəri, Nizami rayonu, Ə.Nəvai küçəsi 11.