Zəyəm şəhər tipli qəsəbədə, S. Vurğun küçəsi 24 nömrəli ünvanda “Zəyəm Texnologiyalar Parkı” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcəkş
"Fins.az" xəbər verir ki, yığıncağın gündəliyinə ASC-nin müşahidə şurasının yeni tərkibinin təsdiq edilməsi müzakirə üçün daxil edilib. Qeydilir ki, yığıncağın gündəliyi üzrə materiallarla Şəmkir rayonu, Zəyəm şəhər tipli qəsəbədə, S.Vurğun küçəsi 24 nömrəli ünvanda “Zəyəm Texnologiyalar Parkı” ASC-nin binasında həftənin bazar ertəsi-cümə günləri saat 9.00-dan 18.00-dək tanış olmaq mümkündür. Bununla əlaqədar “Zəyəm Texnologiyalar Parkı” ASC-nin hüquqşünası Tağıyev Elçin Xanlar oğluna müraciət etmək lazımdır. (mobil: +994 55- 201- 39- 20).
Qeyd edək ki, Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə əsasən, hər bir səhmdar ümumi yığıncaqda iştirak hüququnu özü və ya nümayəndəsi vasitəsilə həyata keçirə bilər. Sonuncu halda nümayəndənin səlahiyyəti qanunvericiliklə müəyyənləşdirilmiş formada tərtib olunmuş etibarnamə ilə təsdiq edilməlidir.