SƏNAYE

16 Mart

Norveçdə daha çox qaz hasilatı üçün yaşıl işıq

Norveç hökuməti Oseberg, Troll və Heidrun yataqları üçün yenilənmiş qaz hasilatı ərizələrinin təsdiqləndiyini açıqlayıb.
"Fins.az" xəbər verir ki, Norveç hökumətindən verilən açıqlamada Oseberg, Troll və Heidrun yataqları üçün yenilənmiş hasilat icazələrinin təsdiqləndiyi bildirilib.

"Oseberq, Troll və Heidrun yataqları üçün təsdiqlənmiş ərizələr Norveçin qaz hasilatını əhəmiyyətli dərəcədə artırmayacaq, lakin Norveçin hazırkı yüksək həcmdə qaz ixracının davam etdirilməsinə töhfə verəcək", -deyə Neft və Energetika Nazirliyinin bəyanatında deyilir.

Norveç Avropa İttifaqının və Böyük Britaniyanın qaz ehtiyacının 25 faizini geniş dənizaltı boru kəmərləri vasitəsilə ödəyir. Ölkənin enerji nəhəngi Equinor da ayrıca bir bəyanat yayımlayaraq  Oseberg üçün yenilənmiş hasilat icazəsi ilə yatağın qaz ixracının sentyabrın 30-a qədər təxminən 1 milyard kubmetr artacağını, Heidrun yatağının qaz ixracının isə bir qədər artacağını qeyd edib.