SƏNAYE

15 Mart

“Şahdəniz” qazının ixrac həcmi 9% artıb

2022-ci ilin yanvar-fevral aylarında “Şahdəniz” yatağından hasil edilən qazın ixrac həcmi 3 milyard 269,8 milyon kubmetr təşkil edib ki, bu da 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 9,3% çoxdur.

"Fins.az" xəbər verir ki,bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Hesabat dövründə magistral qaz kəmərləri ilə nəql edilən qazın 46,9%-i “Şahdəniz” yatağından hasil edilən qazın payına düşüb.

Bütövlükdə, yanvar-fevral aylarında Azərbaycanın magistral qaz kəmərləri ilə 6 milyard 975,2 milyon kubmetr qaz (artım 6,4%) nəql edilib.