SƏNAYE

09 Mart

Azərbaycanın bu qonşusunda “SOCAR” brendli 108 yanacaqdoldurma məntəqəsi fəaliyyət göstərir

SOCAR Gürcüstanın ən böyük investorlarından biri olmaqla yanaşı, eyni zamanda, uzun illər boyu ən çox vergi ödəyicisidir.

"Fins.az"xəbər verir ki, şirkətin həyata keçirdiyi layihələr iki qonşu dövlət arasında əlaqələrin möhkəmlənməsinə xidmət edir. SOCAR-ın ölkə xaricində ilk yanacaqdoldurma məntəqəsi Gürcüstanda açılıb. Hazırda Gürcüstanda “SOCAR” brendi altında işləyən yanacaqdoldurma məntəqələri şəbəkəsi genişlənməkdədir.

Şirkətdən bildirilib ki, hazırda bu ölkədə “SOCAR” brendli 108 yanacaqdoldurma məntəqəsi fəaliyyət göstərir. Bunlardan 78-i benzin, 24-ü kompleks, 6-sı CNG satışını həyata keçirir.