SƏNAYE

04 Mart

Azərbaycanda bu yataqlar satılıb-HƏRRAC

Əmlak Məsələləri Dövlət Komitəsi və Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən bu gün təşkil olunan hərracda 3 lot üzrə satış həyata keçirilib.

Bunu "Fins.az-a  Agentliyin ictimaiyyətlə əlaqələr üzrə koordinatoru Nigar Oruc məlumat verib.

Onun sözlərinə görə, ümumi sahəsi 7 hektara yaxın olan ərazilərdən biri Ağsuda yerləşən Girdimancay qum-çınqıl yatağı, digəri isə Qazax rayonunda yerləşən Daş Salahlı əhəng daşı yatağı olub.

"Ümumilikdə tərəfimizdən indiyədək iki hərrac təşkil olunub. Bundan sonra da bir neçə hərracın keçirilməsi nəzərdə tutulur. Hətta növbəti hərracda 4 lot üzrə 11 yataq təqdim olunacaq. Hərracların keçirilməsində əsas məqsəd, bütün ölkə üzrə tikinti materiallarına olan tələbatdır. Yəni hər hansı bir hərrac təşkil olunanda ilk öncə tikinti materiallarına olan tələbat nəzərə alınır",- deyə N. Oruc əlavə edib.