SƏNAYE

02 Mart

SOCAR Ukraynada yanacaq tədarükü ilə bağlı son vəziyyəti açıqlayıb

Ukraynadakı mövcud vəziyyətdə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəmə müəssisə olan "SOCAR Energy Ukraine" bütün yanacaqdoldurma məntəqələrinə operativ yanacaq tədarük edə bilmir.

"Təəssüf ki, yanacağı onlayn sifariş etmək mümkün deyil. Yanacaqdoldurma məntəqələrində həm nağd, həm də ödəniş sistemlərinin sabitliyi şərti ilə bank kartı ilə ödəmə mümkündür. Diqqətə almaq lazımdır ki, yanacaqdoldurma məntəqələri yalnız təcili tibbi yardım və Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin avtomobillərinə xidmət göstərir", - deyə məlumatda bildirilir.