SƏNAYE

28 Fevral

Avropada təbii qazın artımı 30%-i ötüb

Hollandiyada bir aylıq təbii qaz müqavilələri həftəsonu Rusiyaya qarşı sanksiyalardan sonra enerji böhranının baş verə biləcəyi ilə bağlı narahatlıqlar səbəbindən 30%-dən çox artıb.
Avropada qazın qiyməti həftəsonu Rusiyaya qarşı sanksiyalardan sonra enerji böhranı ilə bağlı narahatlıqlara görə, bahalaşıb.

"Fins.az" xəbər verir ki, Hollandiyanın TTF 1 aylıq təbii qaz qiymətləri 30 % dən çox artaraq meqavat-saatı 109 avroya çatıb. Avropa istehlak etdiyi qazın demək olar ki, üçdə birini Rusiyadan idxal edir və idxal olunan qazın əhəmiyyətli hissəsi Ukrayna vasitəsilə ötürülür.

Ekspertlərin fikrincə əlavə sanksiyalar Rusiyanın qisas almasına səbəb ola bilər.Eyni zamanda Qərbi Avropanın enerji təchizatına zərər verə bilər.