SƏNAYE

25 Fevral

Ukraynada adi rejimdə işləyirik, kifayət qədər yanacaq ehtiyatımız var - SOCAR

Azərbaycan Dövlət Neft Şirkəti SOCAR-ın Ukraynadakı törəmə şirkəti (SOCAR Energy Ukraine) normal rejimdə işləyir.

"Hələ kifayət qədər yanacaq ehtiyatı var, bəzi yanacaqdoldurma məntəqələrində fasilələr ola bilər. Biz mümkün olan hər şeyi edirik ki, hamı üçün kifayət qədər yanacaq olsun", - şirkətin açıqlamasında bildirilir.

Qeyd edək ki, SOCAR Ukraynada 2009-cu ilin dekabrında yaradılan “SOCAR Energy Ukraine” şirkəti vasitəsilə fəaliyyət göstərir. Şirkətin əsas fəaliyyəti neft məhsullarının topdan və pərakəndə, təbii qazın və aviasiya yanacağının topdan satışıdır.