SƏNAYE

23 Sentyabr

Xəzərdə yeni neft-qaz yataqlarının axtarışlarına başlanılacaq

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkənin qərbindəki Xəzər dənizi sahilində yerləşən Manqıstau bölgəsində yeni neft və qaz yataqları axtarmağa başlayacaqlarını açıqlayıb.

Fins.az  xəbər verir ki, bunu Prezident Manqıstau vilayətinin mərkəzi olan Aktau şəhərinə səfəri zamanı dilə gətirib.

O, keçirdiyi iclasda zəngin neft və qaz qaynaqlarına malik vilayətin sosial-iqtisadi inkişafını dəyərləndirib.

Dövlət başçısı qeyd edib ki, bölgədə 2030-cu ilə qədər neft yataqları tədricən tükənəcək və istehsal azalacaq:

“Geoloji kəşf istiqamətində investisiyalar artacaq və yeni qazma işləri sürətlənəcək. İl sonunda qurulacaq Milli Geoloji Xidmət bu sahəni öhdəsinə götürəcək”.

Prezident əlavə edib ki, bölgədə ümumi dəyəri beş milyard dollar olan “Kalamkas Teniz” və “Xəzər” kimi böyük yataqlarda axtarışlara başlanılacaq.