SƏNAYE

21 Sentyabr

Azərbaycanda sementlə bağlı dövlət standartları qəbul edilib

Ölkədə istehsal olunan bütün növ sementlərin keyfiyyətinin yüksəldilməsinin təmin edilməsi məqsədilə AZS EN 197-1:2021 “Sement - Hissə 1: Ümumi təyinatlı sementlərin tərkibi, texniki tələblər və uyğunluq meyarları”, AZS EN 197-2:2021 “Sement - Hissə 2: Keyfiyyət göstəricilərinin sabitliyinin qiymətləndirilməsi və yoxlanılması”, AZS ГОСТ 30515-2021 “Sementlər. Ümumi texniki şərtlər”  dövlət standartları qəbul edilib.

Fins.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti məlumat yayımlayıb. 

Məlumata görə, standartlar Tikinti materialları, məmulatları və konstruksiyalarının standartlaşdırılması üzrə Texniki Komitənin təqdimatı əsasında İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxs tərəfindən təsdiqlənərək Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.

Qeyd edək ki,yeni standartlar ümumi təyinatlı sementlərin tərkibini, texniki tələblər və uyğunluq meyarlarını, termin və tərifləri, təhlükəsizlik tələblərini, sementin keyfiyyətinin yoxlanması üçün nümunələrin götürülməsinə dair tələbləri, qəbul qaydalarını, sınaq üsullarını,  nəqletmə və saxlanmaya dair tələbləri müəyyən edir.

Müəllif:Aynur Qəniyeva