SƏNAYE

17 Sentyabr

Azərbaycanda elektrik enerjisinin istehsalı ARTIB

2021-ci ilin yanvar-avqust aylarında Azərbaycanda elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,2% artaraq 17 milyard 467,8 milyon kVt/saat olub.

Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Hesabat dövründə ölkədə 16 milyard 936,8 milyon kVt/saat (artım 7.5%) əmtəəlik elektrik enerjisi istehsal olunub.

2021-ci ilin yanvar-iyun aylarında istilik elektrik stansiyalarında 15 milyard 897,2 milyon kVt/saat (artım 7,2%), su elektrik stansiyalarında 945 milyon kVt/saat (artım 14,3%) elektrik enerjisi istehsal edilib.

Qeyd olunan dövrdə külək elektrik stansiyalarında 57,2 milyon kVt/saat (azalma 16,9%), günəş elektrik stansiyalarında 37,4 milyon kVt/saat (artım 16,1%) elektrik enerjisi istehsal edilib.

2020-ci ilin yekunları üzrə Azərbaycanda elektrik enerjisinin istehsal həcmi 2019-cu illə müqayisədə 1,1% - 25 milyard 811,2 milyon kVt/saata qədər azalıb.