SƏNAYE

16 Sentyabr

Azərbaycanda asfalt istehsalı 20,2% AZALIB

Tikinti materiallarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 525,2 milyon manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 64,3% artıb.

Fins.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayımlayıb.

Məlumata görə,betondan yığma tikinti konstruksiyaların istehsalı 2,2 dəfə, sementdən, süni daşdan və ya betondan tikinti blokları və kərpiclərinin istehsalı 98,3%, emal edilmiş mərmər, travertin, alebastr və onlardan məmulatların istehsalı 65,9%, hörmə üçün hazır beton qarışığının istehsalı 38,5%, tikinti gipsinin istehsalı 31,5%, tikinti əhənginin istehsalı 16,3%, tikinti kərpicinin istehsalı 15,6%, sementin istehsalı 1,5% artıb, asfaltın istehsalı isə 20,2% azalıb.

Müəllif:Aynur Qəniyeva