SƏNAYE

16 Sentyabr

Azərbaycanda istehsal olunan rezin və plastik kütlə məmulatlarının həcmi AÇIQLANIB

Kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 1147,9 milyon manatlıq məhsul istehsal edilib.

Fins.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayımlayıb 

Məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə məhsul buraxılışı əczaçılıq məhsullarının istehsalında 62,1 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalında 17,5%, kimya sənayesi məhsullarının istehsalında isə 5,8% artıb. Əsas kimya məhsullarından lak-boya məmulatlarının istehsalı 2,1 dəfə, rezin və plastik kütlə məmulatlarından plastik borular, borucuqlar və şlanqlar üçün fitinqlərin istehsalı isə 4,1 dəfə artıb. 

Müəllif:Aynur Qəniyeva