SƏNAYE

15 Sentyabr

Türk Şurası “SOCAR Türkiyə”-yə İnvestisiya Mükafatını təqdim edib

Türk Biznes Mükafatlarının Təqdimolunma Mərasimində SOCAR-ın Türkiyədəki törəmə müəssisəsi olan “SOCAR Türkiyə” "Türk Şurası İnvestisiya Mükafatı”na layiq görülüb.

Üzv ölkələr Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Macarıstan və Türkiyənin iqtisadiyyat və ticarət nazirlərinin iştirak etdiyi toplantıda Türkiyənin Ticarət naziri Mehmet Muş “SOCAR Türkiyə”-nin mükafatını şirkətin Kommunikasiya və dövlət ilə əlaqələr üzrə rəhbəri Mikayil Yusifova təqdim edib.

Layiq görüldükləri “Türk Şurası İnvestisiya Mükafatı”nı dəyərləndirən “SOCAR Türkiyə” Kommunikasiya və dövlət ilə əlaqələr üzrə rəhbəri Mikayıl Yusifov bildirib ki, “Türk Şurası eyni dildə danışan, eyni idealları bölüşən ölkələrimizin potensialını bütün dünyaya çatdıran güclü ittifaqdır. Bu ittifaq iqtisadi əməkdaşlıqla yanaşı əhatə dairəsini genişləndirərək türk dövlətləri arasında sosial və mədəni əlaqələrin də inkişafına töhfə verir. Türk dünyasına təqdim etdiyi vizyonla dövlətlərimizi və xalqlarımızı ümumi dəyərlərimiz ətrafında birləşdirərək gələcəyə aparır. “SOCAR Türkiyə” olaraq türk dünyasının gələcəyə gedən bu yolunda hər zaman güclü addımlarla irəliləməyə hazırıq. Türkiyədəki investisiyalarımız yalnız Azərbaycan və Türkiyə deyil bütün türk dünyası üçün strateji əhəmiyyət daşıyır. Bu baxımdan Türk Şurası tərəfində belə bir mükafata layiq görülməyimiz bizim üçün bir mükafatdan daha böyük məna kəsb edir. Fəaliyyətimizi izləyən və təqdir edən Türk Şurasına və üzv ölkələrə “SOCAR Türkiyə” olaraq dərin minnətdarlığımızı bildiririk.”