SƏNAYE

15 Sentyabr

Azərbaycanda benzin bahalaşıb

Sentyabr ayının 15-dən etibarən “A-98 SUPER” və “A-95 PREMİUM” markalı yanacaq növlərinin qiymətində artım baş verib.

“SOCAR-Petroleum”dan verilən məlumata görə, beləliklə, hazırda “A-98” 1,90 manata, “A-95” isə 1,60 manata satılır.

Qeyd edək ki, bundan öncə “A-95 PREMİUM”un 1 litrinin qiyməti 1,45 manat, “A-98 SUPER” markalı benzinin qiyməti isə 1,60 manat təşkil edirdi.

"Mənbə ölkədə (benzinin istehsal olunduğu ölkədə) qiymət artımı ilə əlaqədar olaraq Azərbaycana idxa olunan "A-98 SUPER" və "A-95 PREMİUM" yanacaq növlərinin qiymətində artım baş verib", - şirkətdən bildirilib.