SƏNAYE

13 Sentyabr

“Yaşıl enerjidən istifadənin genişləndirilməsi” mövzusunda vebinar

Sentyabrın 16-da Energetika Nazirliyinin təşkilatçılığı ilə nazirliyin tabeliyində olan Bərpa olunan Enerji Mənbələri Dövlət Agentliyi (BOEMDA) tərəfindən “Yaşıl enerjidən istifadənin genişləndirilməsi” mövzusunda onlayn seminar keçiriləcək. 

Fins.az xəbər verir ki, bu barədə Eneregetika Nazirliyi məlumat yayımlanıb. 

Məlumata görə,vebinarda BOEMDA-nın direktoru Təbriz Əmmayev tərəfindən ölkəmizin bərpa olunan enerji potensialı və ondan istifadə imkanları, bərpa olunan enerji növləri və texnologiyaları, onların ətraf mühitə və ekologiyaya təsiri, bərpa olunan enerji stansiyalarının fəaliyyəti, günəş, külək və ya digər bərpa olunan enerji mənbələri üzrə həyata keçiriləcək pilot layihələr, işğaldan azad edilmiş ərazilərdə “yaşıl enerji zonası”nın yaradılması ilə bağlı konsepsiyanın hazırlanması istiqamətdə həyata keçirilən tədbirlər, bərpa olunan enerji mənbələrindən istifadənin təşviqi və tənzimlənməsi, qanunvericilik bazasının formalaşdırılması sahəsində aparılan islahatlar, bərpa olunan enerji sahəsində beynəlxalq əməkdaşlıq əlaqələri və beynəlxalq təcrübənin öyrənilməsi üzrə atılan addımlar haqqında ətraflı məlumat veriləcək, iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılacaq.

Qeyd edək ki, Onlayn seminarda iştirak etmək istəyənlər 16 sentyabr tarixində saat 20:00-da Agentliyin “facebook” sosial şəbəkəsindəki səhifəsi vasitəsi ilə seminara qatıla bilərlər: //bit.ly/3tt4Lp2