SƏNAYE

10 Sentyabr

Sənaye istehsalı 2,6% ARTIB

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2021-ci ilin yanvar-avqust aylarında 32,1 milyard manatlıq və ya 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,6% çox sənaye məhsulu istehsal edilib. 

Fins.az xəbər verir ki,sənayenin neft-qaz sektorunda məhsul istehsalı 0,3 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 18,4% artıb.

Sənaye məhsulunun 62,5 %-i mədənçıxarma sektorunda, 31,6 faizi emal sektorunda, 5,0 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,9%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub. 

Müəllif:Aynur Qəniyeva