SƏNAYE

03 Sentyabr

Azərbaycanda akkumulyator batareyalarının istehsalı zavodu açıldı

Sentyabrın 3-də Sumqayıt Kimya Sənaye Parkında “Azmonbat” Məhdud Məsuliyyətli Cəmiyyətinin açılışı olub.

Fins.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.

“Azmonbat” MMC-nin fəaliyyət istiqamətləri aşağıdakılardır. 

- Əhalidə, dövlət və qeyri dövlət təşkilatlarında istifadə müddəti bitmiş qurğuşun tərkibli akkumulyator batareyalarını ətraf mühitə heç bir ziyan vurmadan toplanıb utilizasiya edilməsi.

- Utilizasiya prosesi zamanı utilizasiya edilən məhsuldan yeni məhsul istehsalı üçün maksimum dərəcədə çox xammal bərpa edilməsi.

- Müasir tələblərə cavab verən keyfiyyətli qurğuşun-turşulu akkumulyator batareyalarının istehsalı

- Ölkəmizin bütün regionlarında müasir standartlara cavab verən tullantı akkumulyatorların qəbulu və yeni akkumulyatorların satışı və servis edilməsi məntəqələrinin əhalinin xidmətinə verilməsi.