SƏNAYE

27 Avqust

OPEC+ hasilat artım planına sadiq qalacaq

OPEC -ə üzv ölkələrin, avqust ayında kəskin düşmədən sonra neftin qiymətinin yaxşılaşması səbəbindən gələn həftə keçiriləcək toplantıda neft hasilatını artırma hədəfinə sadiq qalması gözlənilir.

Finsşaz xəbər veir ki, Bloomberg sorğusuna qatılan treyderlərin rəyinə görə, Rusiya və Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya, pandemiya dövründə durğunlaşan istehsalı sentyabrın 1 -də keçiriləcək toplantıda tədricən artıracaq. Buna bəzi OPEC nümayəndələri razılaşdılar.

Bu ayın əvvəlində hadisələrin artması yenidən Çin və ABŞ -dan neftə olan tələbat üçün təhlükə yaratdı və qiymətlər aşağı düşdü. Avqustun ilk 3 həftəsində, Çində karantinlərin yenidən başlaması ilə neftin qiyməti təxminən 15% aşağı düşüb.

Citigroup Commodities -dən Ed Morse bildirib ki,neftin qiymətinin düşməsinin müvəqqəti olduğunu və bərpa davam edərsə OPEC -in hasilatı artırmaq planına sadiq qalacağını söylədi. OPEC ölkələri avqust ayından başlayaraq hər ay hasilatı hər ay orta hesabla 400 min barel artırmağa razılaşdılar.

Bloomberg -in sorğu keçirdiyi 22 treyder və analitikdən 17 -si gələn həftə keçiriləcək toplantıda istehsal artım planının dəyişməyəcəyini proqnozlaşdırıb.

Müəllif:Aynur Qəniyeva