SƏNAYE

26 Avqust

“Azərişıq” Rus Borisi və Buzluqda yenidənqurma işləri görüb 

“Azərişıq” ASC Goranboy EŞ –nin xidməti ərazisində yerləşən, ucqar dağ kəndləri olan Rus Borisi və Buzluqda yenidənqurma işləri görüb.

Fins.az xəbər verir ki, Rus Borisi kəndində əsas problemlərdən biri meşənin içərisindən keçən köhnə 10 kV-luq xətt olub. Yeni layihə əsasında xətt meşə ərazisindən çıxarılaraq yol kənarı ilə 6 km məsafədə metal dayaqlarla yenidən inşa olunub. Kənd  daxilində 4500 metr izolyasiyalı naqillərlə 0,4 kV-luq xətt çəkilib, 2 ədəd transformator məntəqəsi yenisi ilə əvəz olunub.

Buzluq kəndi daxilində 5500 metr izolyasiyalı naqil və  200 ədəd metal dayaqdan istifadə olunub. 10 kV  şəbəkə yenidən qurulub. 2 ədəd transformator məntəqəsi yenisi ilə əvəz edilib.

Qeyd edək ki, Goranboy rayonu Rus Borisi və Buzluq kəndlərinin elektrik təsərrüfatı keçən əsrin 60-cı illərində qurulub. Elektrik təchizatının yaxşılaşdırılması işləri başa çatdıqdan sonra ümumilikdə 300-dək abonent dayanlıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin olunub.