SƏNAYE

26 Avqust

“Azəriqaz”  “Açıq mikrofon” aksiyasını bu rayonda keçiriləcək 

“Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası davam edir. Bu dəfə “Səyyar qəbul otağ”ı İsmayıllı rayonunun Enişdibi kəndində təşkil olunacaq.

Bu barədə Fins.az-a “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib. 

Məlumata görə,avqustun 27-də saat 11:00-dan 13:00-a qədər sakinlərin problem və təklifləri fərd olaraq dinləniləcək. Vətəndaşlar “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər. Onların çəkinməməsi, ehtiyat etməməsi, tam rahat olması üçün bütün zəruri tədbirlər görülür.

Müəllif:Aynur Qəniyeva