SƏNAYE

19 Avqust

Sənaye məhsullarının istehsalçı qiymətləri indeksi AÇIQLANIB

2021-ci ilin iyul ayında sənaye məhsullarının istehsalçı qiymətləri indeksi cari ilin iyun ayı ilə müqayisədə 103,1 faiz, o cümlədən mədənçıxarma sənayesi üzrə 102,9 faiz, emal sənayesi üzrə 104 faiz, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, su təchizatı; tullantıların təmizlənməsi və emalı sahələri üzrə isə 100 faiz təşkil edib.

Dövlət Statistika Komitəsindən Fins.az-a bildirilib ki, əvvəlki ayla müqayisədə istehsalçı qiymətləri indeksi neft-qaz sənayesi məhsulları üzrə 103,5 faiz, qeyri-neft-qaz sənayesi məhsulları üzrə isə 101,1 faiz təşkil edib.