SƏNAYE

18 Avqust

SOCAR  avtomobil benzini istehsalını AZALDIB

2021-ci ilin yanvar-iyul aylarında Azərbaycanda neft məhsullarının istehsalı ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 8,5% - 2 milyard 417 milyon manata qədər (cari məzənnə ilə $1 milyard 421,7 milyon) artıb. Bu barədə “övlət Statistika Komitəsindən məlumat verilib.

Hesabat dövründə birbaşa qovulan benzin (nafta) istehsalında 55,4% - 247,4 min tona qədər, dizel yanacağı istehsalında 11,9% - 1 milyon 458,7 min tona qədər, təyyarə yanacağı 3,9% - 291,3 min tonadək, sürtkü yağı istehsalında 1,9 dəfə – 30,6 min tona qədər, neft bitumu 14,3% - 197,1 min tona qədər, neft koksu istehsalında 21,1% - 153,7 min tona qədər artım qeydə alınıb.

Yanvar-iyul aylarında 690,1 min ton (azalma 3,6%) avtomobil benzini, 25,5 min ton (azalma 39%) soba mazutu istehsal edilib.