2021-ci ili yanvar-iyul aylarında elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 14227,5 mln. kV·ts (İES-lərdə 13463,6 mln. kVt·st, SES-lərdə 763,9 mln. kVt·st), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 263,9 mln. kV·st (İES-lərdə 131,2 mln. kVt·st, SES-lərdə 103,2 mln. kVt·st, GES-də 29,5 mln. kVt·st) t'əşkil edib.
Fins.az xəbər verir ki, “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 41,04 mln. kVt·st, müstəqil elektrik stansiyaları üzrə 1312,56 mln. kVt·st təşkil edib.
Hesabat dövründə elektrik enerjisinin ixracı 822,4 mln. kVt·st olmaqla, 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 94,2 mln. kVt·st artıb. İrana 152,3 mln. kVt·st, Türkiyəyə 109,1 mln. kVt·st, Rusiyaya 56,1 mln. kVt·st, Gürcüstana isə 504,9 mln. kVt·st elektrik enerjisi ixrac edilib.
Müəllif:Aynur Qəniyeva