SƏNAYE

17 Avqust

Mədət Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti “IDEF-2021”-də iştirak edir

Türkiyə Respublikasının İstanbul şəhərində Türkiyə Respublikası Prezident Administrasiyasının himayəsi altında və Milli Müdafiə Nazirliyinin təşkilatçılığı ilə “IDEF-2021” Beynəlxalq Müdafiə Sənayesi Sərgisi keçirilir.

Fins.az xəbər verir ki, sərgidə Azərbaycan Respublikasının Müdafiə sənayesi naziri cənab Mədət Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edir.

Dünyanın inkişaf etmiş 50-dən çox ölkəsindən 1000-dən çox qabaqcıl şirkətin qatılacağı gözlənilən “IDEF-2021” Beynəlxalq Müdafiə Sənayesi Sərgisində  Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal olunan müdafiə təyinatlı məmulatlar - snayper tüfəngləri, avtomatlar, hücum pulemyotları, qumbaraatanlar, minaatanlar, pilotsuz uçuş aparatları, müxtəlif çaplı döyüş sursatları və s. olmaqla 133 adda məmulat nümayiş olunur.

Sərgi zamanı Müdafiə sənayesi naziri Mədət Quliyevin Türkiyənin dövlət və hökumət nümayəndələri, sərgidə iştirak edən bir sıra ölkələrin nümayəndə heyətlərinin rəhbərləri və aparıcı şirkətlərin təmsilçiləri ilə görüşləri də nəzərdə tutulub.

“IDEF-2021” Beynəlxalq Müdafiə Sənayesi Sərgisi öz işini avqustun 20-dək davam etdirəcək.