SƏNAYE

13 Avqust

“SOCAR Trading” “Türkmənistan Neft və Qaz” XXVI Beynəlxalq Konfransının baş tərəfdaşı elan edilib

“SOCAR Trading” “Türkmənistan Neft və Qaz” XXVI Beynəlxalq Konfransının baş tərəfdaşı elan edilib.

Fins.az xəbər verir ki, Aşqabadda oktyabrın 27-29-da Türkmənistanın Müstəqilliyinin 30 illiyi münasibətilə “Türkmənistanın Neft və Qazı-2021” XXVI Beynəlxalq Konfransı keçiriləcək.

Bu forum Türkmənistanın yanacaq-enerji kompleksi ilə beynəlxalq neft-qaz şirkətləri arasında beynəlxalq əməkdaşlığı inkişaf etdirmək və gücləndirmək məqsədilə hər il ölkədə keçirilir.

Konfrans iştirakçıları TAPI qaz kəmərinin tikintisi, eləcə də dünya yanacaq-enerji sektorunun vəziyyəti və perspektivləri, Xəzər dənizinin Türkmənistan sektoruna investisiyaların cəlb edilməsi də daxil olmaqla bir sıra regional layihələrin həyata keçirilməsini müzakirə edəcəklər.

Konfransda milli və beynəlxalq neft şirkətlərinin, böyük beynəlxalq təşkilatların və maliyyə qurumlarının yüksək rəhbərliyinin iştirakı ilə təqdimatlar və sessiyalar keçiriləcək.

Forum və onun çərçivəsində neft-qaz təşkilatlarının və şirkətlərinin rəhbərləri səviyyəsində bir sıra digər görüşlər onlayn və ənənəvi şəkildə baş tutacaq.