SƏNAYE

12 Avqust

IEA: Qlobal bazarda gələn ilin əvvəlində həddindən artıq neft həcmləri yarana bilər

"OPEC+" (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) ölkələrinin ötən ay qəbul etdiyi hasilat templərinin artırılması barəsində razılaşmaya riayət edəcəyi halda, 2022-ci ilin əvvəlində qlobal neft bazarında təklif tələbi həddindən artıq üstələyə bilər.

Bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) aylıq hesabatına deyilir.

esabata əsasən, "OPEC+"ın yeni razılaşması 2021-ci ilin IV rübündə neft bazarında tədarük çatışmazlığı risklərini azaldıb, lakın gələn ilin əvvəlində bazarda həddindən artıq neftin olacağına ehtimal etməyə zəmin yaradıb.

Xatırladaq ki, OPEC üzv və qeyri-üzv ölkələrin nazirlərinin 19-cu iclasında gündəlik xam neft hasilatının 2021-ci ilin avqust-dekabr aylarında hər ay 400 min barel artırılmasına, gələn ilin mayından etibarən neft hasilatının baza səviyyəsinə qismən düzəlişlər edilməklə "Əməkdaşlıq Bəyannaməsi"nin müddətinin 2022-ci ilin sonunadək uzadılmasına dair qərar qəbul ediblər.

Qeyd edək ki, yeni razılaşma "OPEC+" ölkələri üzrə 5,8 mln. barel həcmində ixtisarların 2021-ci ilin sonunadək 2 mln. barel azaldılmasını nəzərdə tutur.

(c)APA