SƏNAYE

11 Avqust

Azərbaycan Aİ-95 benzininin idxalını 2 dəfə artırıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycan xaricdən dəyəri 52,213 mln. ABŞ dolları (88,763 mln. manat) olan 75 407,71 ton "Aİ-95" ("Premium") markalı benzin idxal edib.

Dövlət Statistika Komitəsinin məlumatları əsasında aparılmış  hesablamalarına görə, idxal olunan bənzinin həcmi 2 dəfə, dəyəri isə 2,3 dəfə artıb. Cari ilin I yarısında Azərbaycana "Premium" markalı benzininin əsas ixracatçısı Rusiya olub ( ümumi idxalın 60,8%-i). Ölkə Azərbaycana 31,343 mln. dollarlıq (53,282 mln. manat) 31 342,6 ton "Aİ-95" tədarük edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə həcm ifadəsində 26,4%, dəyər ifadəsində isə 44,8% çoxdur.

Azərbaycana ən çox "Premium" markalı benzin göndərən ikinci ölkə isə Rumıniya olub. Belə ki, 2021-ci ilin ilk yarısında ölkə Azərbaycana 18,180 mln. dollar dəyərində (30,905 mln. manat) 25 399,78 "Aİ-95" benzini ixrac edib. Ötən ilin eyni dövründə bu ölkədən Azərbaycana "Aİ-95" markalı benzin tədarük olunmayıb.

Qeyd edək ki, 2020-ci ildə Azərbaycan 58,615 mln. dollar (99,646 mln. manat) dəyərində 96 998,93 ton "Aİ-95" benzini idxal edib. Bu 2019-cu il ilə müqayisədə həcm ifadəsində 80,3%, dəyər ifadəsində isə 44,2% çoxdur.

Xatırladaq ki, iyulun 31-də Azərbaycanda "Premium" markalı avtomobil benzininin bahalaşması qeydə alınıb. Yanacağın qiymətindən asılı olan səbəbdən sözügedən benzinin qiyməti 1,40 manatdan 1,45 manatadək yüksəlib.

(c)APA