SƏNAYE

10 Avqust

Qazprom-un təbii qaz ixracatından gəliri 20 milyard dollara çatıb

"Qazprom" un təbii qaz ixracatından əldə etdiyi gəlir ilk altı ayda 20 milyard dollara çatıb.
Fins.az xəbər verir ki, Rusiyanın enerji şirkəti Gazpromun təbii qaz ixracatından əldə etdiyi gəlir ilk altı ayda 73 % artaraq 20 milyard dollara çatıb.
Rusiya Federal Gömrük Xidmətinin məlumatlarına görə, Rusiyanın enerji şirkəti "Qazprom" un təbii qaz ixracatından gəliri ilin ilk 6 ayında bir əvvəlki ilin eyni dövrü ilə müqayisədə 73% artaraq 20 milyard dollara çatıb.

"Qazprom" un boru kəmərləri ilə ixrac etdiyi təbii qaz yanvar-iyun dövründə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 15,3% artaraq 108,4 milyard kubmetrə çatıb

Dünyanın ən böyük təbii qaz istehsalçılarından olan Qazprom, Rusiya qanunlarına görə boru kəmərləri ilə təbii qaz ixrac etmək səlahiyyətinə malik yeganə şirkətdir.

Müəllif:Aynur Qəniyeva