SƏNAYE

29 İyul

ARDNF-dən dövlət büdcəsinə transfertlər təxminən 117 milyard manat təşkil edib

2003-cü ildən 2021-ci il iyunun 30-dək Azərbaycan Dövlət Neft Fondundan (ARDNF) dövlət büdcəsinə transfertlərin ümumi həcmi 116 milyard 837 milyon manat təşkil edib. 

“Həmçinin, 2021-ci ilin yanvar-iyun aylarında ARDNF-dən dövlət büdcəsinə transfertlərin həcmi 4 milyard 696,7 milyon manat təşkil edib”, - Fonddan bildirilir.

ARDNF 2003-cü ildən dövlət büdcəsinə transfertlər həyata keçirməyə başlayıb.

ARDNF Azərbaycan Prezidentinin 29 dekabr 1999-cu il tarixli fərmanı ilə yaradılıb və dövlət başçısına hesabat verən büdcədənkənar dövlət təsisatıdır. Fondda neft müqavilələrinin reallaşmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qaz nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən daxil olan gəlirlər toplanır