SƏNAYE

23 İyul

Bakı və Moskva ticarət  birgə istehsalatların yaradılması işini davam etdirəcək

Azərbaycan və RF ticarətdə əngəllərin aradan qaldırılması, birgə istehsalatların yaradılması və regionlararası dialoqun inkişafı işini davam etdirməyi razılaşıblar.

Azərbaycanın baş nazirinin müavini Şahin Mustafayev və Rusiyanın iqtisadi inkişaf nazirinin müavini Dmitri Volvaç arasında Bakıda keçirilən görüş zamanı Azərbaycan-Rusiya strateji tərəfdaşlığın möhkəmlənməsi və gələcək inkişafı məsələləri müzakirə olunub.

“İqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın fəaliyyətinə bu istiqamətdə əsas rol ayrılıb. İki ölkənin iqtisadiyyat nazirlərinin müavinlərinin sədrliyi ilə iqtisadi və investisiya əlaqələri məsələləri üzrə işçi qrupunun yaradılması üzrə təşəbbüs qeyd olunub. Ticarətdə maneələrin aradan qaldırılması, birgə istehsalatların yaradılması və regionlararası dialoqun inkişafı işini davam etdirməyə dair razılaşdıq”, - RF İqtisadi İnkişaf Nazilriyinin məlumatında qeyd olunur.

Volvaç ümidvar olduğunu bildirib ki, ikitərəfli tədbirlər biznes cəmiyyətlərin əməkdaşlığlnı yeni səviyyəyə qaldırmağa imkan verəcək, bu da ölkələrimizin vətəndaşlarının tələblərinə cavab verir və RF və Azərbaycan prezidentlərinin tapşırıqlarına uyğundur.