SƏNAYE

15 İyul

OPEC-dən Azərbaycanla bağlı HESABAT

Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) Azərbaycanda 2021-ci il üçün ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu azaldıb.

Bu barədə OPEC-in aylıq hesabatına istinadən xəbər verir.

Hesabata əsasən, 2021-ci il üçün Azərbaycanda gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 770 min barel səviyyəsində olacağı gözlənilir ki, bu da əvvəlki proqnozdan 20 min barel azdır.

OPEC-in proqnozuna görə, 2022-ci ildə sözügedən göstərici 800 min barel səviyyəsində olacağı gözlənilir.

Qeyd edilir ki, 2020-ci ildə Azərbaycanda ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 730 min barel olub. Bu, 2019-cu ilin göstəricisi ilə müqayisədə 60 min barel azdır.

(cAPA)