SƏNAYE

14 İyul

Ərəb Əmirlikləri və OPEC arasında kompromis əldə olunub

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) ilə neft hasilatının baza səviyyəsinin gələn ilin may ayından etibarən gündəlik 3,65 milyon barelə qədər artırılması barədə kompromis əldə edib.

Bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Hazırda BƏƏ üçün hasilatın gündəlik baza səviyyəsi 3,168 milyon barel təşkil edir. BƏƏ müqavilənin 2022-ci ilin sonuna qədər uzadılması üçün şərt qismində baza səviyyəsinin 3,8 milyon barelə qədər artırılmasını tələb edirdi.

Əldə olmuş kompromis nəticəsində OPEC+ müqaviləsinin müddətinin 2022-ci ilin sonuna qədər uzadılması barədə qərar qəbul olunub. OPEC+ alyansı tezliklə yeni iclasın tarixini təyin etməlidir.

(c)“Report”