Bərpa olunan enerji mənbələri üzrə informasiya sistemi yaradılacaq.
Bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının 2021-ci il 31 may tarixli 339-VIQ nömrəli Qanununun tətbiqi barədə” fərmanda əksini tapıb.
Fərmana əsasən, Energetika Nazirliyi “Bərpa olunan enerji mənbələri üzrə informasiya sistemi”nin yaradılmasını doqquz ay müddətində təmin etməli və həmin informasiya sisteminin Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiyası üçün Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birlikdə zəruri tədbirlər görməlidir.