SƏNAYE

12 İyul

Nüvə enerjisinin istifadəsi və kadr hazırlığı ilə Argentinanın INVAP şirkəti ilə müzakirə

“Milli Nüvə Tədqiqatları Mərkəzi” QSC-nin sədri Adil Qəribov Argentina Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Serxio Osvaldo Perez Qunellanı qəbul edib.

Fins.az xəbər verir ki,görüşdə nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi və kadr hazırlığı sahəsində Argentinanın INVAP şirkəti ilə planlaşdırılan əlaqələrin, həmçinin Argentinanın dəstəyi ilə Azərbaycanda Tədqiqat Nüvə Reaktorunun yaradılması haqqında gələcək əməkdaşlıq üzrə planların müzakirəsi aparılıb.

Müəllif: Aynur Qəniyeva