2021-ci ilin birinci yarısında Azərbaycanın “Azeri Light” markalı yüngül neftin bir barrelinin orta satış qiyməti CIF şərtləri ilə $65,43 təşkil edib.
Fins.az xəbər verir ki, bu barədə SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili İdarəsinin rəis müavini İbrahim Əhmədov məlumat verib.
“2021-ci ilin birinci yarısında “Azeri Light” markalı yüngül neftin bir barrelinin orta satış qiyməti CIF şərtləri ilə $65,43 təşkil edib”, - Əhmədov qeyd edib.
O, həmçinin bildirib ki, 2020-ci ilin analoji dövrü ərzində Azərbaycanın “Azeri Light” markalı yüngül neftin bir barreli CIF şərtləri ilə $42,75 təşkil edib.
Beləliklə, 2021-ci ilin birinci yarısında “Azeri Light” neftin bir barreli CIF şərtləri ilə $22,68 və ya 53,1% artıb.
Xəbər verildiyi kimi, 2020-ci ilin birinci rübündə Azərbaycanın “Azeri Light” markalı yüngül neftin bir barreli CIF şərtləri ilə $61,6 təşkil edib.
“Azeri Light” markalı neft “Azəri-Çıraq-Günəşli” yataqlarının işlənməsi üzrə müqavilə çərçivəsində hasil olunur. Bu müqavilədə SOCAR-ın payı 25% təşkil edir. Mənfəət nefti layihənin səhmdarları arasında müqavilədə iştirak payından asılı olaraq bölünür.
Azərbaycanda hasil olunan neftin 2/3 hissəsi AÇG blokunun payına düşür.