SƏNAYE

06 İyul

Şahdəniz 2-nin Şərq-Cənub cinahından hasilat başlanıb

Şahdəniz 2 çərçivəsində daha bir mühüm layihə təhlükəsiz və qrafikə uyğun  tamamlandı.

Fins.az Xəbər verir ki, bu barədə BP məlumat yayımlayıb. 

Məlumata görə, bununla, hazırkı hasilat həcminə ümumilikdə gündə 400 milyon standart kubfut qaz əlavə olunacaq - bu isə  iki milyon evi qazla təchiz etmək deməkdir.

Bu, Şahdəniz yatağından gündəlik ümumi hasilatı 2,4 milyard standart kubfutdan  yuxarı qaldırmağa imkan verəcək.