Bu il Trans-Adriatik qaz boru kəməri (TAP) ilə Avropaya 5 mlrd. kubmetrdən artıq Azərbaycan qazı nəql ediləcək.
Fins.az Beynəlxalq Enerji Agentliyinə istinadən verdiyi məlumata görə, bu ilin birinci yarısında TAP vasitəsilə 3 mlrd. kubmetrə yaxın qaz nəql edilib.
Qeyd edək ki, Cənub Qaz Dəhlizinin 878 kilometrlik hissəsində qaz xətti (TAP – red.) ilə "mavi yanacağın" kommersiya məqsədli nəqlinə ötən ili dekabrın 31-də başlanılıb.
Xatırladaq ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 mlrd. kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanacaq. Kəmərin potensialı onun ötürücülük gücünü iki dəfə artıraraq, ildə 20 mlrd. kubmetrə çatdırmağa imkan verir.
© apa