SƏNAYE

05 İyul

"SOCAR palçıq vulkanı baş vermiş ərazidə qazma işləri də aparmırdı"

"Palçıq vulkanı Daşlı adasında baş verib. Vulkan püskürməsinin baş verdiyi ərazidə SOCAR tərəfindən heç bir qazma işləri aparılmayıb, o sahədə SOCAR-ın infrastrukturu yoxdur, kəmərlər keçmir. Mətbuatda gedən məlumatlar şaiyədir". 

Fins.az xəbər verir ki, bunu keçirilən mətbuat konfransında SOCAR-ın  Geologiya və geofizika şöbəsinin rəis Fərhad İbadov bildirib.