SƏNAYE

01 İyul

SOCAR 1,7 milyard manat xalis zərər açıqladı

SOCAR fəaliyyət göstərdiyi digər sahələrdə və bəzi xarici ölkələrdə, o cümlədən, xarici sərmayələrinin daha çox olduğu Türkiyə bazarında pandemiyanın iqtisadi təsirlərinə məruz qalaraq, həmçinin valyuta məzənnəsində yaranan fərq səbəbindən itkilərlə üzləşib. Bu itkilərin miqdarı digər seqmentlərdə əldə olunmuş müsbət nəticələri üstələyərək, ümumi nəticədə zərərə səbəb olub. Belə ki, il ərzində SOCAR-ın xalis zərəri 1,7 milyard manat olub. 

SOCAR 2020-ci ili 1 milyard 734 milyon manat xalis zərər ilə başa vurub. Halbuki, şirkət 2019-cu ili 651 milyon manat xalis mənfəət ilə bağlamışdı.

Fins.az SOCAR maliyyə hesabatına istinadən xəbər verir ki, 2019-cu illə müqayisədə şirkətin gəlirləri 41% azalaraq 49 milyard 607 milyon manat təşkil edib. SOCAR 2019-cu ildə 83 milyard 752 milyon manat gəlir əldə etmişdi.