SƏNAYE

01 İyul

SOCAR neft və qaz yataqlarının işlənməsindən əldə etdiyi mənfəəti AÇIQLADI

2020-ci il, əsasən, apstrim seqmenti, yəni neft və qaz yataqlarının işlənməsi üçün çətin dövr olsa da, SOCAR bu sahədə əsaslı optimallaşdırma tədbirləri həyata keçirməklə, 1,4 milyard manat mənfəət əldə edib.

Fins.az xəbər verir ki, bu barədə SOCAR-ın 2020-ci il üzrə maliyyə hesabatında məlumat verilib. 

Məlumatda bildilir ki, ticarət, paylanma və satış seqmentində isə 0,3 milyard manatlıq mənfəət əldə edib. Bu isə hətta 2019-cu ildə bu iki seqment üzrə əldə olunan 1,6 milyard manat cəmi xalis mənfəətdən çoxdur.

Müəllif:Aynur Qəniyeva