SƏNAYE

01 İyul

Neft bazarları OPEC+un qərarını gözləyir

Neft bazarları, bu gün OPEC+un qəbul edəcəyi istehsalın artırılması qərarına fokuslanıb.

Fins.az xəbər verir ki, neft, OPEC+ yığıncağından əvvəl Asiya əməliyyatlarında bahalaşıb.

OPEC+ koalisiyasında Rusiya və Qazaxıstan istehsalı artırmağı, Səudiyyə Ərəbistanı və digər körfəz ölkələr isə daha təmkinli olmağı təklif edirlər. Ölkələrin avqust ayında istehsalı artıracaqları gözlənilərkən, koronavirusun Delta ştammına yoluxanların daha da artması neft qiymətlərindəki yüksəlişi dayandıra bilər.

ABŞ-dakı xam neft ehtiyatlarında son 10 ildə ən sürətli azalma baş verib. Şist nefti istehsalçıları hələ hasilatlarını sabit saxlayırlar.

"Bloomberg"in sorğusuna qatılan iqtisadçılar OPEC+un istehsalın gündəlik 550 min barel artırılacağını gözləyirlər. 

Avqust ayı üçün gündəlik 500 min bareldən az bir artım neft qiymətlərinin daha da yüksəlməsinə səbəb ola bilər. Koronavirusun Delta variantlna yoluxanların artması ilə əlaqədar narahatlıqlar davam edir, amma bazarlar hələlik bunu gözardı edir.

Bakı vaxtı ilə saat 11:42-də Brent nefti 0,6% bahalaşma ilə 75,06 dollardan ticarət olunub.