2021-ci ilin yanvar-may aylarında “Azərkosmos” ASC tərəfindən dünyanın 29 ölkəsinə 19,4 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib.
Fins.az xəbər verir ki, bu barədə “İxrac icmalı”nın iyun sayında məlumat verilib.
Məlumata görə, “Azərkosmos” ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 90%-ini təşkil edib. 2021-ci ilin may ayında isə “Azərkosmos” ASC dünyanın 22 ölkəsinə 2,5 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib.
Müəllif:Aynur Qəniyeva