SƏNAYE

01 İyul

Türkiyədə elektrik enerjisi 15% bahalaşdı

Türkiyədə elektrik enerjisi istehsalında izafi xərclər səbəbindən 1 iyul 2021-ci il tarixindən etibarən bütün abonent qrupları üçün son elektrik enerjisi qiymətlərinə 15 faiz artım edilib.

Fins.az xəbər verir ki, bu barədə Türkiyə Enerji Bazarı Tənzimləmə İdarəsi məlumat yayıb.

“Bu çərçivədə 1 iyul 2021-ci il tarixindən etibarən əhali 100 kilovat-saat elektrik enerjisi üçün vergi ilə birgə 91,56 türk lirəsi (17,89 manat) ödəyəcəklər”, - məlumatda bildirilib.