SƏNAYE

30 İyun

"4-cü rübdə neftə tələbat böhrandan əvvəlki səviyyəni üstələyəcək"

"OPEC+" Texniki Komitəsi cari ilin IV rübündə neftə olan tələbatın böhrandan əvvəlki səviyyəni aşacağını gözləyir.

Bu barədə OPEC-in Baş katibi Məhəmməd Barkindo bildirib.

Xatırladaq ki, pandemiya səbəbindən neftə tələbatın azaldığını nəzərə alaraq, "OPEC+" ölkələri ötən ilin mayından gündəlik hasilatı 9,7 mln. barel azaldıb. Vəziyyət sabitləşdikcə məhdudiyyətlər nisbətən aradan qaldırıldı. Bu ilin may ayından etibarən gündəlik neft hasilatı 6,55 mln. barel olub, iyun ayına 6,2 mln. barel, iyul ayına isə 5,76 mln. barel təşkil edəcək.

(c)APA